Almaniya istehsalı S-43 sualtı qayığı Misir donanmasına təhvil verilib

257

Almaniyanın “Thyssen Krupp” şirkəti tərəfindən istehsal olunan ən son sualtı qayıqlardan biri olan S-43 İsgəndəriyyə şəhərində Misir donanmasına təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə “Egypt Independent” məlumat verib.

Bildirilir ki, ən son naviqasiya və rabitə sistemlərinə, geniş texniki və müdafiə qurğularına sahib S-43 dünyanın ən güclü hücum sualtı qayıqlarından biridir.

Sualtı qayığın gövdəsi təqribən 62 metrdir və suyun 500 metr dərinliyində fəaliyyət göstərə bilir. S-43 səkkiz ədəd 533 mm-lik torpedaya malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır