“Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən 354 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-dan Trend-ə verilən məlumata görə, məhsuldar qat çöküntülərinin VI horizontunun 2578-2404 metr intervalından perforasiya olunan quyu, gündəlik 170 min kubmetr qaz və 2 ton kondensat hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.