Avarçəkmə üzrə millimiz məşqlərə nə vaxt başlayır?

406

Avarçəkmə üzrə millimiz məşqlərə sentyabrdan başlayacaq.

Bu barədə Oxu.Az-a Milli Avarçəkmə Federasiyasının sabiq vitse-prezidenti, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Natiq Abbasov deyib.

“Bildiyiniz kimi, açıq havada idman yarışlarına və məşq keçirməyə icazə verilib. Mingəçevir Şəhər İcra Hakimiyyəti məşq keçməyimizlə bağlı bizə heç bir maneə yaratmır. Sadəcə, hazırda isti havalar hökm sürür deyə, bu şəraitdə  məşq keçmək mümkün deyil. İnşallah, sentyabr ayından etibarən yığma komanda məşqləri bərpa edəcək”, – deyə Natiq Abbasov bildirib.