Tuapse limanında iki gəmi toqquşub

223

Tuapse şəhərində (Krasnodar əyaləti) iki yük gəmisi limana yan alan zaman toqquşub.

“Seanews.az” xəbər verir ki, qəzaya uğrayan gəmilər Türkiyəyə və Vanuatuya məxsus olub.

Məlumata görə, qəza zamanı xəsarət alan olmayıb və gəmilərə ciddi ziyan dəyməyib.

Hazırda hadisə yerində araşdırma aparılır.