Timsah balığı

380

Gördüyünüz bu balıq timsaha oxşayır? Elə oxşadığına görə qaspar, zirehli, qanoidla yanaşı,  bu dəniz canlısını həm də timsah balığı (lat. Lepisosteidae, Alligator gar fish)  adlandırırlar.

Şimali və Orta Amerikanın şərqindəki şirin sularda, eyni zamanda Karib və Kuba adalarını əhatə edən çay və göllərdə geniş yayılmışdır.

Timsah balığının uzunluğu 3-3,5 metrə, çəkisi 100 kiloqrama çatır. Böyük gözləri var və  bulanıq sularda yaşadığına görə yaxşı görür. Yaşıl-gümüşü rəngi onu suda görünməz edir.

İti və uzun dişlərə, 30-45 santimetrlik çənəyə sahib yeganə balıqdır. Kiçik balıq və tısbağaları tələ qurmaqla ovlayır. Kiçik fərdlər kollektiv ov edirlər. 

Sürətlə axan sularda yaşamağı xoşlamayan timsah balığının ətindən nadir hallarda qida kimi istifadə olunur, kürüsü isə tərkibində zəhərli maddə olduğu üçün ümumiyyətlə yeyilmir.