Qazaxıstanın ən böyük yükaşırma müəssisəsi – Aktau limanında 2022-ci ilin dörd ayı ərzində 1,2 milyon tondan çox yük aşırılıb. Bunun 110 min tonu idxal, 1,96 milyon tonu ixrac yükləri təşkil edib.
“Seanews.az” xəbər verir ki, yanvar-aprel ayında Aktau Dəniz Şimal Terminalı 282,7 min ton yük və 85 gəmi işləyib.
Terminal fəaliyyətə başlayandan indiyədək 1275 gəmi işlənilib, 5,6 milyon ton yük aşırılıb.