Aydın Ağabalayev Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin Sərəncamları ilə üç medalla təltif olunub. Qəhrəmanımız müharibədən sonra ASCO-da işə qəbul edilib.
Hazırda Dəniz Nəqliyyatı Donanmasında motorçu işləyir. Aydın döyüş yolundan, cəmi 44 gün ərzində düşməni məğlub etməyimizdən böyük qürur və fərəhlə danışır.