Rusiyadan Türkiyənin Kocaeli şəhər limanına istiqamətlənən, Barbados bayrağı altında üzən “Zephyr Prosper” neft tankerində yaranan nasazlıq səbəbindən Dardanel boğazında hər iki istiqamət üzrə gəmi hərəkəti müvəqqəti dayandırılıb.
Bu barədə Türkiyənin Sahil Mühafizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Mülkiyyətində üç yedək gəmisi olan qurum Rusiyadan Kocaeliyə hərəkət edən, uzunluğu 274 metr olan “Zephyr Prosper” tankerinə yardım göstərir. Gəminin mühərriki Kilitbahir yaxınlığında, Dardanel boğazı ərazisində sıradan çıxıb. Təhlükəsizlik məqsədilə boğazda gəmiçilik hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
Açıq mənbələrə görə, “Zephyr Prosper” tankeri 2004-cü ildə inşa olunub. Gəminin ümumi uzunluğu 274,2 metr, eni 48 metr, dedveyti (tam yükgötürmə qabiliyyəti) isə 150 min ton təşkil edir.





