Şahin Babayev İndoneziya nümayəndə heyəti ilə görüşüb

124

AZCON Holding-in icraçı direktoru Şahin Babayev İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan ilə İndoneziya arasında #nəqliyyat və #kommunikasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

AZCON.