Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Prezident Kuboku 2026” beynəlxalq reqatasının ikinci yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan təmsilçiləri Mingəçevirdə keçirilən ikinci yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Nəticələrə əsasən:
- Azər İlyasov akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlü idmançılar) yürüşdə qızıl medal qazanıb.
- Əlimurad Hacızadə birnəfərlik kayakda 500 metr məsafəyə yürüşdə gümüş medal əldə edib.
- Mustafa Vəlizadə – Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayakda (2010–2011 təvəllüdlü idmançılar) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.
- Niyaz Malikov – İvan Vorobyanski cütlüyü isə 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlü idmançılar) bürünc medal əldə ediblər.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, 15 ölkədən 100-dən çox idmançı iştirak edir. Reqata 1 mayda başa çatacaq.







