İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazı ilə bağlı yeni xəbərdarlıq yayıb.
“Fars” xəbər agentliyinin məlumatına görə, İİKK-nın sözçüsü bildirib ki, boğazda tranzit qaydalarına əməl etməyən hər hansı gəmi “zorla dayandırılacaq” və ciddi risklərlə üzləşəcək.
Açıqlamada qeyd olunub ki, İİKK Hərbi Dəniz Qüvvələri tərəfindən müəyyən edilən prinsiplərə uyğun olmayan dəniz fəaliyyəti qəbul edilməyəcək: “Qaydanı pozan gəmilər zorla dayandırılacaq”.
Eyni zamanda vurğulanıb ki, müəyyən olunmuş tranzit protokollarına uyğun hərəkət edən mülki və kommersiya gəmilərinin təhlükəsiz keçidi təmin olunacaq və su yolunun idarə olunmasında dəyişiklik yoxdur.
İİKK sözçüsünün sözlərinə görə, gəmilər yalnız təyin edilmiş marşrut üzrə koordinasiyalı hərəkət etdikdə təhlükəsiz tranzit təmin edilə bilər.





