Hörmüzdə yeni insident

92

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində, Hörmüz boğazı yaxınlığında tanker naməlum hücuma məruz qalıb.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə BƏƏ ərazisindən təxminən 78 dəniz mili (125,9 km) şimalda qeydə alınıb.

Məlumata əsasən, tanker mənşəyi naməlum mərmilərlə atəşə tutulub.

Hadisə zamanı gəmi heyətinin təhlükəsiz olduğu, həmçinin ətraf mühitə hər hansı ziyanın dəymədiyi bildirilib. Hazırda insidentlə bağlı əlavə araşdırmalar aparılır.