Hörmüzdə gəmi sıxlığı: 87 ölkə gözləyir

72

Hazırda 87 ölkədən gələn yük gəmiləri Hörmüz boğazından keçid üçün gözləmə vəziyyətindədir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperin komandanlığın rəsmi internet səhifəsində yayımlanan açıqlamasına görə, körfəzdə qalan gəmilər ümumilikdə 87 ölkənin maraqlarını təmsil edir.

Admiral bildirib ki, son 24 saat ərzində CENTCOM onlarla gəmi sahibi və gəmiçilik şirkəti ilə əlaqə saxlayaraq onların Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsi istiqamətində tədbirlər görüb.

ABŞ bayrağı altında üzən iki gəminin boğazdan keçidi zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə raket esminesləri, qırıcı təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatları cəlb olunub.

Eyni zamanda qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərinə və ticarət gəmilərinə yönəlmiş İran qanadlı raketləri zərərsizləşdirilib, Amerika helikopterləri isə hücum cəhdi göstərən altı ədəd kiçiksürətli kateri məhv edib.