İran neftinin aqibəti müzakirə olunur

75

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hind okeanında ələ keçirilən İran neft tankerlərindən götürülən xam neftin böyük hissəsi ABŞ-yə yönləndirilir.

O bu barədə “Salem News Channel” telekanalına müsahibəsində danışıb və qısa şəkildə qeyd edib: “Bunun böyük hissəsi ABŞ-yə daxil olur”.

Tramp daha əvvəl, mayın 1-də Florida ştatının Uest-Palm-Biç şəhərində çıxışı zamanı ABŞ hərbçilərinin İran neftini daşıyan tankerlərin ələ keçirilməsi əməliyyatlarında sərt davranış sərgilədiyini və bu prosesin “pirat hərəkətlərini xatırlatdığını” etiraf etmişdi.

Məsələ beynəlxalq dəniz ticarəti və enerji daşımaları ilə bağlı gərginliyin daha da artdığı bir dövrdə gündəmə gəlib.