İran Hörmüz boğazında hərəkət edən ticarət gəmilərinə dəstək göstərməyə hazır olduğunu açıqlayıb.
Bu barədə İran tərəfinin ticarət gəmilərinin kapitanlarına göndərdiyi rəsmi məlumatda bildirilib.
Məlumata əsasən, İran İslam Respublikasının limanlarında gəmilərə texniki dəstək, eləcə də tibbi və sanitar yardım göstərilməsi mümkündür.
Açıqlamada qeyd olunub ki, təqdim ediləcək xidmətlər regionda təhlükəsiz naviqasiyanın və humanitar dəstəyin təmin edilməsinə yönəlib.





