Hörmüzdə yeni tələb: bəyannamə

81

Tehran Hörmüz boğazından keçəcək gəmilərdən əvvəlcədən məlumat təqdim edilməsini tələb etməyə hazırlaşır.

CNN-in yaydığı məlumata görə, İranın yeni yaradılmış Körfəz Boğazları İdarəsi tərəfindən hazırlanmış “Gəmi Məlumat Bəyannaməsi” tranzit keçid həyata keçirən gəmilər üçün məcburi olacaq.

Sənədə əsasən, gəmilər keçiddən əvvəl gəminin özü, sahibi, operatoru, heyət üzvləri və daşıdığı yük barədə məlumat təqdim etməlidir.

Məlumatların elektron poçt vasitəsilə göndərilməsi tövsiyə olunur.

Hələlik boğazdan keçid üçün hər hansı ödəniş və ya rüsum tətbiq ediləcəyi barədə rəsmi açıqlama verilməyib.