Yanacaq problemi Antarktika ekspedisiyasını dayandırdı

69

İran müharibəsinin yaratdığı qlobal yanacaq qıtlığı Cənubi Afrikanın Antarktika üzrə elmi missiyasına ciddi təsir göstərib.

“SA Agulhas II” buzqıran gəmisinin aprelin 9-na planlaşdırılan Marion adası ekspedisiyası gecikdirilib.

Qütb əməliyyatları üçün xüsusi olaraq hazırlanmış və ekstremal soyuqlara davamlı “qütb dizeli”nin çatdırılması yalnız mayın 1-də mümkün olub.

Bununla belə, tədqiqat bazasında yanacaq ehtiyatlarının mayın 20-də tükənə biləcəyi, artıq elektrik enerjisinin rasionallaşdırılmasına başlanıldığı bildirilir. Bu vəziyyət missiyanın icrası ilə bağlı ciddi narahatlıq yaradıb.

Son yoxlamalardan sonra yanacağın gəmiyə yüklənməsi və ekspedisiyanın yaxın günlərdə yola düşməsi planlaşdırılır. Keyptaun şəhərindən 1 242 mil məsafədə yerləşən Marion adasındakı baza iqlim elmi və okeanoqrafiya üzrə mühüm beynəlxalq tədqiqatlara ev sahibliyi edir.

Cənubi Afrika Antarktikada elmi fəaliyyət həyata keçirən yeganə Afrika ölkəsi olaraq qalır. İsveçin Umeo Universitetinin hesabatına əsasən, ölkənin Antarktika tədqiqatları Oksford, Stenford və Prinston kimi universitetləri geridə qoyaraq dünya üzrə 35-ci yerdə qərarlaşıb.

Gecikmənin qlobal rəqabətin artdığı bir dövrdə Cənubi Afrikanın strateji elmi missiyasına təsir göstərə biləcəyi qeyd olunur.

Seanews.az