15 gəmi humanitar missiyada

54

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) humanitar yardım daşıyan 15 gəminin Hörmüz boğazından keçməsinə icazə verildiyini açıqlayıb.

Bu barədə qurumun “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilir.

CENTCOM-un məlumatına əsasən, son dörd həftə ərzində ABŞ qüvvələri İran limanlarına daxil olan və oradan çıxan 67 kommersiya gəmisinin keçidinin qarşısını alıb, həmçinin 4 gəmi sıradan çıxarılıb.

Qurum bu həftənin əvvəlində xəbərdarlıq atəşi nəticəsində iki kommersiya gəmisinin kursunun dəyişdirildiyini və Hörmüz boğazında nəzarət tədbirlərinin davam etdiyini bildirib.