Türkiyənin Marmaris şəhərindən Qəzzaya doğru yeni humanitar yardım donanması yola çıxıb.
Bu barədə “Clash Report” “X” sosial şəbəkəsində məlumat yayıb.
45 ölkədən gəlmiş təxminən 500 fəalın iştirak etdiyi karvan 54 qayıqdan ibarətdir. Bildirilir ki, bu, fəalların Qəzzaya çatmaq üçün ikinci cəhdidir.
“Fəallar yenidən Türkiyədə toplaşaraq daha böyük karvan formalaşdırıblar və Qəzzaya doğru hərəkətə başlayıblar. İsrail tərəfi isə donanmanın qarşısını yenidən alacağını bildirib”, – paylaşımda qeyd olunub.
Humanitar yardım yükünə düyü, un, körpə qidası və dərman vasitələri daxildir.
Aprelin 30-na keçən gecə İsrail Hərbi Dəniz Qüvvələrinin Krit adası yaxınlığında “Qlobal Sumud Donanması”na məxsus 58 gəmidən 15-ni ələ keçirdiyi bildirilmişdi.





