Fuceyra yaxınlığında gəmi ələ keçirildi

174

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanından təxminən 70 km şimal-şərqdə gəmi ələ keçirilib.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Gəmi lövbərdə dayandığı zaman kənar şəxslər tərəfindən nəzarətə götürülüb və daha sonra İranın ərazi sularına doğru istiqamət alıb.

“Kapitan bildirib ki, gəmi lövbərdə dayandığı zaman kənar şəxslər tərəfindən ələ keçirilib və hazırda İranın ərazi sularına doğru istiqamət alıb. UKMTO araşdırmanı davam etdirir. Gəmilərin hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur”, – açıqlamada qeyd edilib.

Hadisə ilə bağlı gəminin məxsusluğu, heyətin vəziyyəti və göyərtədə yükün olub-olmaması barədə əlavə məlumat verilməyib.