Estoniyadan Hörmüz addımı

78

Estoniya hökuməti Hörmüz boğazına hərbi heyət göndərilməsi imkanını nəzərdən keçirir. Müzakirə olunan variantlar arasında qərargah zabitlərinin, sualtı robot qruplarının və minaaxtaran gəminin missiyaya cəlb edilməsi yer alır.

Bu barədə ERR nəşri Estoniyanın müdafiə naziri Hanno Pevkurun açıqlamasına istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, hazırda mümkün iştirak variantlarının maliyyə dəyəri və müttəfiq ölkələrin ehtiyacları qiymətləndirilir. Əgər minaaxtaran gəminin göndərilməsi qərarı qəbul olunarsa, missiyada təxminən 40–60 hərbi qulluqçunun iştirakı mümkün olacaq.

Bildirilir ki, Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə formalaşdırılan missiyanın regiondakı hərbi qarşıdurma başa çatdıqdan sonra rotasiya prinsipi əsasında fəaliyyət göstərməsi nəzərdə tutulur.