Çindən gəmiçilik nəhənglərinə cəza

86

Çin Nəqliyyat Nazirliyi yükdaşıma tarifləri ilə bağlı qaydaları pozduqları üçün bir sıra beynəlxalq və yerli şirkətlərə qarşı cəza tədbirləri tətbiq edib. Cərimələnənlər arasında “MSC”, “CMA CGM”, “Hapag-Lloyd” və “Evergreen” kimi dünya nəhəngləri də yer alır.

2025-ci ilin son rübündə Quançjou, Çindao və Ninbo limanlarında aparılan yoxlamalar nəticəsində həmin şirkətlərin rəsmi bəyan edilmiş tarif prosedurlarına əməl etmədiyi, real qiymətlərlə qeydiyyata alınmış qiymətlər arasında ciddi fərqlərin olduğu müəyyən edilib.

Nazirlik bu cərimələri sektor üçün ciddi xəbərdarlıq kimi qiymətləndirərək, şirkətlərdən tarif sistemlərini təkmilləşdirməyi və hesabatlılığı artırmağı tələb edib. Bildirilib ki, daxili bazarda nizam-intizamın qorunması məqsədilə limanlarda yoxlamalar daha da intensivləşdiriləcək.

Bu addım Çin rəsmilərinin mart ayında Panama kanalındakı terminal əməliyyatları ilə bağlı “Maersk” və “MSC” rəhbərliyi ilə keçirdiyi gərgin görüşlərdən sonra atılıb və Pekinin qlobal gəmiçilik şirkətləri üzərində nəzarəti gücləndirdiyini göstərir.

Seanews.az