Əməyin təhlükəsizliyi gündəmdə

112

Bakı Gəmiqayırma Zavodunda AZCON Holdinqə daxil olan şirkətlərin SƏTƏM rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühitin qorunması və təhlükəsizlik mədəniyyətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, eləcə də qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.

Tədbir çərçivəsində iştirakçılar zavodun istehsalat sahələrinə baxış keçirərək tətbiq olunan təhlükəsizlik standartları ilə yaxından tanış olublar.

#BakıGəmiqayırmaZavodu