Tanker insidentində araşdırma

70

İsveç Prokurorluğu 12 martda ölkənin ərazi sularında saxlanılan “Sea Owl I” tankerinin heyət üzvünə qarşı yeni istintaqa başlayıb.

O, saxta sənədlərdən istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.

Məlumata görə, həmin gün Sahil Mühafizəsi əməkdaşları saxta bayraq altında üzməkdə şübhəli bilinən gəmiyə miniblər. 228 metr uzunluğundakı “Sea Owl I” tankeri 2007-ci ildə inşa edilib və son illərdə Rusiya ilə Braziliya arasında neft məhsullarının daşınmasında istifadə olunub.

Gəmi Santos limanından yola düşüb və yük olmadan Primorsk istiqamətində hərəkət edirmiş. Bildirilir ki, tanker Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilib, Kamerun bayrağı altında üzsə də, həmin ölkənin hakimiyyəti gəminin mənsubiyyətini təsdiqləməyib.