Səhmdarlar bir araya gələcək

340

İyunun 30-da saat 11:00-da “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi, 1 ünvanında baş tutacaq.

Gündəliyə səhmdar cəmiyyətinin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatın təsdiqlənməsi, Direktorlar Şurasının tərkibinin yenidən formalaşdırılması və digər məsələlər daxildir.

Qeyd edək ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2,966 milyon manat təşkil edir. Səhmlərin 96 faizi “LOTOS-S” MMC-yə, 4 faizi isə 400-dən çox fiziki şəxsə məxsusdur.