Qazaxıstan Azərbaycanın Xəzərin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyir

54

Qazaxıstan Xəzər dənizinin dayazlaşması ilə bağlı Baş nazir müavinləri səviyyəsində Hökumətlərarası Komissiyanın yaradılması barədə Azərbaycanın təklifini dəstəkləyir.

Denizxeber.az Akordaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər Ekoloji Sammitində bəyan edib.

Dövlət başçısı, həmçinin Xəzəryanı dövlətlərin Qazaxıstanın Xəzər dənizinin su ehtiyatlarının qorunması üzrə Dövlətlərarası Proqramın hazırlanması təşəbbüsünü dəstəklədiklərini qeyd edib. Tokayevin sözlərinə görə, indiyədək görülən tədbirlər hələ də kifayət deyil. Buna görə də Xəzər dənizinin dayazlaşmasının nəticələrinin yumşaldılması, iqtisadiyyatların və ekosistemlərin baş verən dəyişikliklərə uyğunlaşdırılması üçün razılaşdırılmış birgə fəaliyyətə keçmək vacibdir.