Rusiya Xəzər dənizinin rəqəmsal əkizinin yaradılmasını təklif edib

45

Rusiya süni intellektdən (Sİ) istifadə etməklə Xəzər dənizinin səviyyəsi ilə bağlı dəyişiklikləri öncədən proqnozlaşdırmaq məqsədilə onun yüksəkdəqiqlikli rəqəmsal ikizinin (virtual modelinin) yaradılmasını təklif edib.

Denizxeber.az bildirir ki, bu təşəbbüslə Rusiya Prezidenti Vladimir Putin Xəzər Ekoloji Sammitində çıxışı zamanı çıxış edib.

V.Putinin sözlərinə görə, layihə buxarlanma, yağıntıların həcmi və çay axınlarının dinamikasının təhlili əsasında Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı etibarlı ssenariləri hesablamağa imkan verəcək. O qeyd edib ki, bu rəqəmsal model naviqasiya marşrutlarının dəqiqləşdirilməsi, operativ düzəlişlərin edilməsi və dənizdə gəmiçiliyin təhlükəsizliyinin artırılması üçün də praktiki əhəmiyyət kəsb edəcək. Rusiya dövlət başçısı MDB və Xəzəryanı ölkələri bu təşəbbüsə qoşulmağa dəvət edib.