Xəzərdə yeni geoloji araşdırma

278

Bu ilin aprel ayında Əşrəfi – Dan ulduzu – Aypara (ADUA) layihəsi çərçivəsində 2 ölçülü yüksək dəqiqlikli seysmik tədqiqat uğurla həyata keçirilib.

Tədqiqatlar Xəzər dənizində suyun təxminən 20–40 metr dərinliyində aparılıb. Layihənin əsas məqsədi yerin təxminən 1500 metr dərinliyədək geoloji qatları barədə ətraflı məlumat toplamaq və gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir.

Əldə olunan məlumatların regionun geoloji potensialının daha dəqiq qiymətləndirilməsinə və gələcək enerji layihələrinin səmərəli planlaşdırılmasına töhfə verəcəyi bildirilir.

#BP