Strateji bölgədə yeni struktur

170

İran Fars Körfəzi Boğazı İşləri üzrə İdarənin (PGSA) fəaliyyətə başladığını rəsmi şəkildə elan edib.

Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Qurumun “X” sosial platformasında rəsmi hesabı da istifadəyə verilib.

Bildirilib ki, bu hesab vasitəsilə Hörmüz boğazında həyata keçirilən əməliyyatlar barədə real vaxt rejimində məlumatların paylaşılması nəzərdə tutulur.