Rusiyanın Baykal gölündə turistləri daşıyan katerin aşması nəticəsində dörd nəfər həyatını itirib.
Məlumata görə, hadisə Çerepaxa qayası yaxınlığında, sahildən təxminən 30 metr aralıda baş verib. Katerdə ümumilikdə 14 nəfər olub. On nəfər xilas edilib və onlarda hipotermiya əlamətləri aşkarlanıb.
İlkin məlumata əsasən, turist qrupu Moskva vilayətindən olub. Bildirilir ki, qəza zamanı kapitan kateri buzun üzərinə çıxarıb və qayıq yenidən suya daxil olarkən aşıb.
Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib, digər sərnişinlərə isə hadisə yerində tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.





