Tükənməyən öyrənmək həvəsi

201

ASCO-nun Texniki şöbəsinin rəisi Sənan Səlimov 60 illik yubileyini qeyd edir.

1966-cı ildə İsmayıllı rayonunda anadan olan Sənan Səlimovun əmək fəaliyyətinin 43 ili gəmiçilik sahəsi ilə bağlıdır. O, 1983-cü ildə Gəmi Təmiri Zavodunda çalışmağa başlayıb, daha sonra bu sahə üzrə ali təhsil alaraq fəaliyyətini Azərbaycan dənizçiliyinin inkişafına həsr edib.

Sənan Səlimov gəmi tikintisi və dəniz sənayesinin müxtəlif istiqamətlərində, o cümlədən “Şah Dəniz 1” və “Şah Dəniz 2” layihələrində iştirak edib.

Uzunillik təcrübəsi və peşəkarlığı ilə seçilən mütəxəssis bu gün də gəmiçilik sektorunun inkişafına töhfə verməyə davam edir.

“Dəniz Xəbər” kollektivi Sənan Səlimovu yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni uğurlar arzulayır.

#ASCO#DƏNİZ XƏBƏR