“Neurored” şirkəti “Coneksion” platforması ilə əməkdaşlıq çərçivəsində dəniz daşımalarının rəqəmsal bronlaşdırılması sistemini yeniləyib.
Yeni inteqrasiya sifarişlərin verilməsi, gəmiçilik təlimatlarının göndərilməsi və konteyner çəkisinin təsdiqlənməsi kimi əsas əməliyyatları vahid rəqəmsal platformada birləşdirir. Sistem həmçinin soyuduculu konteynerlər, qabaritdənkənar yüklər və təhlükəli yüklərin idarə olunmasını da dəstəkləyir.
Şirkətin açıqlamasına görə, yeni həll müxtəlif sistemlər arasında yaranan məlumat uyğunsuzluğunu və vaxt itkilərini azaltmağa imkan verir. Bütün proseslər vahid “Salesforce” qeydiyyatı üzərindən idarə olunur.
“Coneksion” platforması vasitəsilə istifadəçilər bir API bağlantısı ilə bir neçə dəniz xəttinə çıxış əldə edə bilirlər. Sistem daxili hesabatlılıq və audit məqsədləri üçün dinamik PDF sənədlərin hazırlanmasını da təmin edir.





