ABŞ Hind okeanında İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib.
“The Wall Street Journal” nəşrinin məlumatına görə, söhbət ABŞ tərəfindən mart ayında sanksiya siyahısına daxil edilmiş “Skywave” tankerindən gedir. Bildirilir ki, gəmi çərşənbə axşamı Malayziyanın qərb sahilləri yaxınlığında yerləşib.
Məlumata əsasən, bu, İranla bağlı qarşıdurmanın başlanmasından bəri ABŞ tərəfindən saxlanılan üçüncü neft tankeridir. Bundan əvvəl aprel ayında “Majestic X” və “Tiffany” tankeriləri də ABŞ hakimiyyəti tərəfindən ələ keçirilmişdi.





