Braziliya Avarçəkmə Federasiyasının nümayəndəsi Bakıda olub

203

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində Braziliya Avarçəkmə Federasiyasının İctimaiyyətlə Əlaqələr direktoru Samiya Süleyman ölkəmizə səfər edib.

Səfər zamanı qonaq Azərbaycan Su İdman Növləri Federasiyasının inzibati binasında olub və qurumun fəaliyyəti ilə tanış edilib.

Daha sonra o, Bakı Avarçəkmə və Kanoe İdman Klubunun məşq bazasına baş çəkib. Samiya Süleyman Xəzər dənizində avarçəkmə təcrübəsi də edib.

Səfərin sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.