BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Beynəlxalq Gəmiçilik Palatası (ICS) dənizdə təhlükə ilə üzləşən qaçqın və miqrantların xilas edilməsi üzrə yenilənmiş “Rescue at Sea” təlimatını təqdim edib.
Sənəd IMO-nun Londondakı mənzil-qərargahında təqdim olunub və gəmi kapitanları, ekipajlar, eləcə də dövlət qurumları üçün praktiki rəhbər kimi nəzərdə tutulub.
Yenilənmiş təlimatda dənizdə təhlükə ilə üzləşən şəxslərin operativ xilas edilməsi, təhlükəsiz limana çatdırılması və beynəlxalq hüquqa uyğun prosedurlar ətraflı şəkildə əks olunub.
UNHCR-nin məlumatına görə, 2025-ci ildə Aralıq dənizində 1 953 nəfər ölüb və ya itkin düşüb. Cənubi və Cənub-Şərqi Asiya marşrutunda isə minlərlə rohinca qaçqınının təhlükəli dəniz keçidi zamanı yüzlərlə insan həyatını itirib və ya itkin düşüb.
Təşkilatlar vurğulayıb ki, dənizlər humanitar məkan kimi qəbul edilməli və xilasetmə öhdəlikləri ayrı-seçkilik olmadan yerinə yetirilməlidir.
Seanews.az





