Norveçin hərbi risk sığortaçısı “Den Norske Krigsforsikring for Skib” (DNK) gəmilərdə GNSS siqnallarının qarışdırılması və saxtalaşdırılmasına qarşı yeni təhlükəsizlik proqramını istifadəyə verib.
Şirkət bu təşəbbüsü gəmiçilik sənayesində sığorta ilə əlaqələndirilmiş ilk alternativ mövqetəyinetmə, naviqasiya və zamanlama (A-PNT) proqramı kimi təqdim edir.
Layihə çərçivəsində üzv şirkətlər “Iridium Communications” şirkətinin aşağı orbitli peyk şəbəkəsinə əsaslanan texnologiyalara çıxış əldə edəcəklər. Sistemdən istifadə edən gəmilər üçün sığorta güzəştləri də nəzərdə tutulub.
DNK-nin məlumatına görə, son illərdə xüsusilə Qara dəniz, Baltik dənizi, Fars körfəzi və Qırmızı dənizdə GNSS siqnallarına müdaxilə halları ciddi şəkildə artıb.
Yeni texnologiya siqnal qarışdırılması və saxtalaşdırılması hallarını müəyyən etməyə, həmçinin gəmi heyətinə daha etibarlı naviqasiya məlumatları təqdim etməyə imkan verir.
Seanews.az





