İlk atom sualtı qayığı üçün tarix açıqlandı

93

Cənubi Koreya 2030-cu illərin ortalarına qədər ilk atom sualtı qayığını istismara verməyi planlaşdırır.

Bunu ölkənin müdafiə naziri An Qyu Bek açıqlayıb.

Nazirin sözlərinə görə, yeni sualtı qayıq az zənginləşdirilmiş uran yanacağı ilə işləyəcək və onun hazırlanması Cənubi Koreyanın özündə həyata keçiriləcək.

An Qyu Bek bildirib ki, layihə çərçivəsində nüvə yanacağının davamlı tədarükünün təmin olunması məqsədilə ABŞ ilə, nüvə materiallarının yayılmamasına nəzarət məsələləri üzrə isə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə sıx əməkdaşlıq aparılacaq.

Layihə Seulun regional təhlükəsizlik imkanlarını gücləndirmək və dənizdə əməliyyat imkanlarını genişləndirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.