Almaniya və Kanada Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair genişmiqyaslı saziş imzalamağa hazırlaşır.
Trend xarici mediaya istinadən xəbər verir ki, razılaşma ildə təxminən 1 milyon ton LNG tədarükünü nəzərdə tutur. Bu addım Avropanın enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyır.
Layihə Rusiya enerji resurslarından asılılığın azaldılması və Yaxın Şərqdən tədarükdə mümkün fasilələr fonunda həyata keçirilir.
Razılaşma çərçivəsində Almaniyanın dövlət enerji şirkəti “SEFE” Britaniya Kolumbiyasının (Kanada) şimal sahillərində yerləşən üzən terminaldan LNG alacaq.
Layihə “Western LNG” şirkəti tərəfindən həyata keçirilir və əsas investorlar sırasında “Blackstone Energy Transition Partners” də yer alır.





