Üç tanker hədəf alındı

165

Qara dənizdə, Türkiyənin şimal sahilləri yaxınlığında üç tankerə dron hücumu həyata keçirilib.

Bu barədə “Reuters” agentliyi “Tribeca” şirkətinə istinadən məlumat yayıb.

Palau bayrağı altında üzən və ballast vəziyyətində olan “James II” tankeri hadisə zamanı Qara dənizdə, Türkeli bölgəsindən təxminən 50 mil (80 km) şimalda olub.

Sierra Leone bayrağı altında üzən “Altura” və “Velora” tankerlərinin isə yaxın ərazidə gəmidən-gəmiyə əməliyyat apararkən hücuma məruz qaldığı bildirilir.

Hadisə yerinə sahil təhlükəsizlik qüvvələrinin qayıqları cəlb olunub. Tankerlərdə olan ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu açıqlanıb.