Diplomatik qarşıdurma gündəmdə

150

Çin hökuməti Niderland Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin Cənubi Çin dənizində ölkənin ərazi sularına daxil olduğunu bəyan edib.

Söhbət Parasel adaları yaxınlığından keçən “De Ruyter” freqatından gedir.

Parasel adaları üzərində nəzarət 1974-cü ildən Çin tərəfindən həyata keçirilir. Bununla yanaşı, Vyetnam və Tayvan da arxipelaqa iddia irəli sürür.

Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjay Şiçen bildirib ki, Niderland freqatı Çinin ərazi suverenliyini, eləcə də dəniz və hava təhlükəsizliyini pozub.

Niderland Hərbi Dəniz Qüvvələri isə ittihamları rədd edib. HDQ nümayəndəsi Marinka Hiraldo Vos-van Kootenin sözlərinə görə, “De Ruyter” freqatı ərazi sularında olmayıb və beynəlxalq hüquqa uyğun fəaliyyət göstərib.