Türkiyədə turist gəmisi batdı

83

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda göyərtəsində 110 sərnişinin olduğu tur gəmisi batıb.

Hadisənin Cənnət adası yaxınlığında baş verdiyi bildirilir.

Məlumata görə, gəmidə yaranan texniki nasazlığı aşkar edən heyət üzvləri dərhal gəmini ən yaxın sahil istiqamətinə yönəldiblər.

Hadisədən sonra sərnişinlər başqa bir tur gəmisi və ərazidəki digər qayıqların köməyi ilə təhlükəsiz şəkildə təxliyə olunublar.

Əraziyə çağırış əsasında Türkiyə Sahil Mühafizə qrupları cəlb edilib. Təxliyə əməliyyatı qısa müddətdə başa çatdırılıb. Sərnişinlərin xilas edilməsindən dərhal sonra gəmi tamamilə suya qərq olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.