Federasiya rəsmisindən iddialı açıqlama

175

Azərbaycan Su İdman Növləri Federasiyası “Sea Breeze Marina” yaxta klubunda yelkənli qayıq idmanı, baydarka və kanoe ilə avarçəkmə, sapbordinq və digər su idman növlərinin inkişafını nəzərdə tutur.

Federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev bildirib ki, bu il “Sea Breeze Marina”da yeni məktəbin açılması planlaşdırılır. Onun sözlərinə görə, kompleks yay mövsümündə su idman növləri üçün yeni inkişaf mərkəzinə çevrilə bilər.

F.Əliyev qeyd edib ki, federasiya gələcəkdə “Drakon” sinifli qayıqların ölkəyə gətirilməsi, eləcə də sapbordinq və digər müasir su idman növlərinin inkişafı istiqamətində fəaliyyət göstərəcək. Hazırda federasiyanın Bakı bulvarında və Mingəçevirdə də təlim bazaları fəaliyyət göstərir.