Kabeldüzən gəmi toqquşmada zədələndi

294

Pakistanın Kəraçi limanı yaxınlığında kabeldüzən “Niwa” gəmisi ilə “Papu” konteyner gəmisi toqquşub.

Hadisə nəticəsində “Niwa” gəmisinin gövdəsində deşik yaranıb və gəmi ciddi zədələnib. Toqquşmadan sonra liman yedək gəmiləri kabel gəmisini təhlükəsiz şəkildə Kəraçi limanına gətirib. “Papu” konteyner gəmisinə isə lövbərdə qalmaq göstərişi verilib.

Konteyner gəmisində ciddi zərər qeydə alınmasa da, bəzi konteynerlər dənizə düşüb.

Pakistan rəsmiləri qəzanın səbəblərini və mümkün ekoloji təsirləri araşdırırlar. Dəniz işləri naziri Cuneyd Ənvər Çaudri bildirib ki, hadisənin hər iki gəminin kapitanlarının səhlənkarlığı nəticəsində baş verməsi ehtimal olunur.

Liberiya bayrağı altında üzən “Papu” gəmisi 2025-ci ildə aparılan liman nəzarəti yoxlaması zamanı 17 texniki çatışmazlığa görə irad almışdı.

Seanews.az