Dəniz marşrutlarında risk artıb

144

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında gəmiçilik üçün risklərin yüksək olaraq qaldığını açıqlayıb.

Məlumata görə, ABŞ-nin İran limanlarına qarşı hərbi blokadası fonunda bölgədə hərəkət edən ticarət gəmilərinə əlavə təhlükəsizlik tələbləri qoyulub. Bildirilir ki, neytral gəmilər ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən minimum 30 dəniz mili məsafə saxlamalı və radio rabitə çağırışlarına cavab verməlidir.

UKMTO həmçinin gəmidən-gəmiyə əməliyyatlara dair xəbərdarlıq edərək, blokada qaydalarına əməl etməyən gəmilərin hədəfə alınma riskinin mövcud olduğunu qeyd edib.

Qurumun məlumatında minalanma ehtimalı və peyk naviqasiya sistemlərinə müdaxilə riski də xüsusi vurğulanıb.