Türkiyənin Qiresun vilayətində Qara dəniz sahilində güclü yağışlardan sonra suyun rəngi dəyişib və sahilyanı ərazilər qəhvəyi rəngə boyanıb.
Bu barədə “Habertürk” telekanalı məlumat yayıb.
Məlumata görə, intensiv yağıntılar nəticəsində çaylar vasitəsilə dənizə böyük həcmdə lil, torpaq və çöküntü axını olub. Xüsusilə Aksu və Batlama çaylarının Qara dənizə töküldüyü mənsəb zonalarında suyun rəngində daha aydın dəyişiklik qeydə alınıb.
Mütəxəssislər bu cür halların güclü yağışlardan sonra çay axınlarının artması ilə bağlı təbii proses olduğunu bildirirlər və adətən qısa müddət ərzində suyun əvvəlki vəziyyətinə qayıtdığını qeyd edirlər.





