Hərbi hədəflərlə bağlı yeni açıqlama

161

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubunda yerləşən Qoruq rayonu və Qeşm adasındakı radar obyektlərinə, eləcə də pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqələrinə zərbələr endirildiyini açıqlayıb.

CENTCOM-un “X” sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat şənbə və bazar günləri həyata keçirilib. Bildirilib ki, zərbələr İranın fəaliyyəti, o cümlədən beynəlxalq sular üzərində ABŞ-yə məxsus “MQ-1” pilotsuz uçuş aparatının vurulmasına cavab olaraq endirilib.

Komandanlıq əməliyyatın müdafiə xarakteri daşıdığını vurğulayaraq qeyd edib ki, zərbələr nəticəsində hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə stansiyası və ABŞ tərəfinin qiymətləndirməsinə əsasən, regionda gəmiçiliyin təhlükəsizliyi üçün təhdid yaradan iki zərbə tipli pilotsuz uçuş aparatı məhv edilib.

CENTCOM həmçinin əməliyyat zamanı ABŞ hərbi qulluqçuları arasında xəsarət alan olmadığını bildirib.