Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində sərnişinləri daşıyan kiçik həcmli qayıq Ob çayında aşıb.
Denizxeber.az bildirir ki, hadisə ilə bağlı açıqlama Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti tərəfindən yayılıb.
Bildirilib ki, iyunun 5-i səhər saatlarında Oktyabrsk rayonunda Ob çayında göyərtəsində səkkiz sərnişin olan kiçik gəmi aşıb.
Hazırda hadisə nəticəsində həlak olan və ya xəsarət alan şəxslərin sayı dəqiqləşdirilir.
Faktla bağlı su nəqliyyatı vasitələrinin hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini və digər təfərrüatları araşdırır.





