“Hər şey saniyələr içində baş verdi” – azərbaycanlı dənizçi – VİDEO

105

Denizxeber.az bildirir ki, Azov dənizində iyunun 5-nə keçən gecə baş verən dron hücumu zamanı sağ qalan Azərbaycanlı dənizçi hadisə anlarını Baku TV-yə danışıb.

Onun sözlərinə görə, hücum zamanı gəmidə xidmət dəyişimi baş verirmiş və ilk zərbələr məhz bu anda endirilib:

“3-cü kapitan Məhəmməd Əliyev idi. Xidmət dəyişərkən dron vasitəsilə iki zərbə endirildi. Biz nə qədər kömək etmək istəsək də, buna nail ola bilmədik. Son 6 ilin ən güclü zərbəsi idi. Gəmi Moskvanın hədəfində idi. Onları heç cür xilas edə bilmədik. Həlak olanlar orada qaldılar”, – deyə o bildirib.

Qeyd edək ki, iyunun 5-i gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu “Natra” və “Zirkon” yük gəmiləri dron hücumuna məruz qalıb. Hadisə nəticəsində 5 nəfər həlak olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.