Alman şirkətinə qarşı iddia təmin olundu

122

Nijni Novqorod vilayətinin Arbitraj Məhkəməsi Almaniyanın “Schottel Gesellschaft mit beschränkter Haftung” şirkətinə qarşı “Krasnoe Sormovo” gəmiqayırma zavodunun iddiasını qismən təmin edib.

Denizxeber.az bildirir ki, zavod keçmiş tərəfdaşından 1,8 milyon avro məbləğində əvvəlcədən ödənilmiş avansın və 184 min avro dəbbə pulunun geri qaytarılmasını tələb edirdi.

Məlumata görə, gəmi avadanlıqlarının tədarükü üzrə müqavilə 2020-ci ildə bağlanıb və avans ödənişi həyata keçirilib. Tədarüklərin 2022–2024-cü illərdə icrası planlaşdırılsa da, Ukraynada müharibənin başlanmasından sonra Aİ və ABŞ sanksiyaları səbəbindən əməliyyatlar və təchizat zənciri dayandırılıb.

Tərəflər uzun müddət mübahisəni məhkəməsiz həll etməyə çalışsalar da, nəticə əldə olunmayıb və iş məhkəməyə çıxarılıb.

Qeyd olunur ki, sanksiyalar və Avropa şirkətlərinin tədarükü dayandırması OSK-nin bir sıra gəmiqayırma layihələrinə, o cümlədən 11 quru yük gəmisinin tikintisinə də təsir göstərib. Bu layihələr Dövlət Nəqliyyat Lizinq Şirkəti (GTLK) üçün nəzərdə tutulurdu.