Böyük Britaniyanın döyüş təyinatlı bütün nüvə sualtı qayıqları hazırda texniki xidmət və təmir səbəbindən istismardan kənardadır.
Denizxeber.az bildirir ki, Britaniya Hərbi Dəniz Qüvvələrinin “Astute” sinfinə aid beş nüvə sualtı qayığı hazırda bazalarda saxlanılır və texniki xidmət gözləyir. Bu sinifdən yaxın zamanda donanmaya daxil edilmiş altıncı sualtı qayığın isə hələ tam döyüş hazırlığı vəziyyətinə gətirilmədiyi bildirilir.
Böyük Britaniyanın gələcək strateji nüvə donanmasının əsasını təşkil edəcək “Dreadnought” sinfinə aid yeni sualtı qayıqların xidmətə qəbuluna isə hələ bir neçə il vaxt var.
Bundan əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Qvin Cenkinz donanmanın fəaliyyətinin təxminən üçdə birinin “Rusiya təhlükəsi” ilə bağlı tapşırıqlara yönəldiyini açıqlamışdı.
Onun sözlərinə görə, bu istiqamət Britaniya Hərbi Dəniz Qüvvələrinin əsas prioritetlərindən biri olaraq qalır.





